Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Polad Bülbüloğlunun vaxtında nə qədər miniatür xaricə satıldı” – ŞOK AÇIQLAMA

“Polad Bülbüloğlunun vaxtında nə qədər miniatür xaricə satıldı” – ŞOK AÇIQLAMA

“Mədəniyyət nazirliyində rüşvət almaq deyəsən adətə çevrilib”.

Bu fikirləri açıqlamasında millət vəkili Vahid Əhmədov Mədəniyyət Nazirliyində hüquq muhafizə orqanlarının keçirdiyi əməliyyat və həbslər barədə danışarkən deyib:

“Bundan qabaq da həbslər olmuşdu, ikinci hadisədir. 44 günlük müharibədən sonra mən düşünürdüm ki, bu hallar azalar. Amma hər gün eşidirik ki, müxtəlif nazirliklərdə və qurumlarda əməliuyyat keçirilir, rüşvət alan şəxslər həbs olunur. Sanki bunu adi adət formasına çeviriblər. Çox ciddi addımlar atılmalıdır. Hesablama Palatası artıq öz hesabatlarını bir az şəffaf aparmalıdır ki, hər şey göz qabağında olsun. Sərt hesablamalar getməlidir, sərt yoxlamalar aparılmalıdır. Dövlət büdcəsindən mənimsəmə adi hala çevrilib. Bu, əslində çox ciddi məsələdir. Bu, dövlətin təhlükəsizliyi ilə əlaqədar bir məsələdir, adi məsələ deyil. İstənilən şəxs gəlsin 1-2 il işləsin, çıxsın getsin. Sonra da tuturlar, salırlar içəri, həbs edirlər. Sonra orada bir az-1 il, il yarım, 2 il yatandan sonra azadlığa çıxırlar. Sonra da taladıqları buldan kifayət qədər vəsaitləri qalır.Ümumiyyətlə bu hallar yaxşı hallar deyil, dövlətin təhlükəsizliyinə şiddətlə mane olan hadisədir. Dövlət başçısı nə qədər bu məsələ ilə əlaqədar tövsiyələr və tapşırıqlar verib. Daxili işlər orqanları, Dövlət Təhlükəsizliyi Xidməti, digər yoxlayıcı orqanlar nə qədər yoxlamalar aparır, həbslər həyata keçirilir. Çox ciddi planlar həyata keçirilir. Amma görünən odur ki, rüşvətxor məmurlar bu tədbirlərdən nəticə çıxarmır”.

Millət vəkili əlavə edib ki, adıçəkilən nazirlikdə əvvəllər də korrupsiya faktları olub:

“Bu, nazirlikdə ilk hal deyil. Hələ Azərbaycanda müstəqillik dövründə də, Polad Bülbüloğlu nazir olan vaxt nə qədər qədim miniatür məhsulları var idi və hamısı xaricə satıldı. Ümumiyyətlə Mədəniyyət naziri çox unikal bir vəzifədir. Bu nazirlikdə elə adamlar işləməlidir ki, onlar gərək kifayət qədər təcrübəyə malik olsunlar, Azərbaycanın mədəniyyətini anlasınlar, mədəniyyət qoruyub saxlamağa nail olsunlar. Amma bu nədir? Hər gün həbs, həbs, həbs…O vaxtı çıxardılar xaricdə satdılar, kimlərə payladılar və s. Onun da heç üstü açılmadı, cinayət işi açılmadı, heç nə olmadı. İndi də belə hadisələr davam edir”.

Editor

Related Posts