Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

AQTA qurbağa əti ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib

AQTA qurbağa əti ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib

Qurbağa əti dünyanın müxtəlif ölkələrində istehlak olunan qida məhsullarından biridir. Fransa, Çin, Tailand, Vyetnam, Meksika kimi ölkələrdə qurbağa əti geniş istehlak edilir.

Hazırda ölkəmizdə istehsal olunan qurbağa ayaqları Avropa bazarına, xüsusilə İtaliya və Fransaya ixrac edilir. Bu məhsullar Avropa Birliyinin qida təhlükəsizliyi və gigiyena standartlarına cavab verdiyi üçün ixrac prosesi davamlı şəkildə həyata keçirilməkdədir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, həmin məhsullar Salyan rayonunun Şorsulu kəndində “AZARIFROG” MMC və Masallı rayonunun Qızılağac kəndində “Az Fish and Frog” MMC qurbağa emalı müəssisələrində yetişdirilir.

“Son günlər media səhifələrində paytaxtın bəzi restoranlarında təklif edilən qurbağa məhsulları ilə bağlı “dırnaqarası ekspertlər” tərəfindən səsləndirilən əsassız iddialara gəldikdə isə bildirilir ki, istənilən qida məhsulunun saxlanma şəraitinə və emal qaydalarına əməl olunmadıqda tərkibində mikroorqanizmlər inkişaf edə bilər. Qeyd olunan prinsiplər yalnız qurbağa ətinə deyil, bütün qida məhsullarına aiddir”, – deyə məlumatda qeyd edilib.

Editor

Related Posts