Naxçıvan-Şahbuz magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, hadisə yolun Babək rayonu Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 75-BD-090 dövlət nömrə nişanlı, “VAZ 2103” markalı avtomobillə 67-BH-202 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil toqquşub. Qəzada 3 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.