Today Cümə axşamı, 12th İyun 2025
Birinci 24

Birinci 24

Azərbaycanın kənd təsərrüfatı məhsulları təhlükə altındadır

Azərbaycanın kənd təsərrüfatı məhsulları təhlükə altındadır

“Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə bağlı ixracı təhlükə altındadır. Çünki Rusiya bazarından az qala 80 faizlik asılılığımız var. İxrac sektorunda çoxşaxəli modelə keçməyin zamanı çoxdan yetişib”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, xarici ölkələrdə Azərbaycan məhsullarının mütəmadi tanıtımı həyata keçirilməlidir:

“Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə bağlı ixracı təhlükə altındadır. Çünki Rusiya bazarından az qala 80 faizlik asılılığımız var. İxrac sektorunda çoxşaxəli modelə keçməyin zamanı çoxdan yetişib. Çünki Rusiyadan asılı olduqca, Rusiya zaman-zaman fərqli bəhanələrlə Azərbaycan məhsullarına müxtəlif problemlər yaradır. Ən vacib məsələlərdən biri odur ki, Azərbaycan məhsullarının tanıtımı həyata keçirilməlidir. Hazırda bu istiqamətdə müəyyən işlər görülür və Azərbaycanın xarici ölkələrdə ticarət nümayəndəlikləri açılır. Amma bu yetərli deyil”.

Ekspert vurğulayıb ki, ixracın şaxələndirilməsi üçün yeni bazarlara çıxış imkanları araşdırılmalıdır: 

“İxracı stimullaşdıran ciddi addımların atılmasına ehtiyac var. Bundan başqa Körfəz ölkələri, Pakistan kimi bazarlara çıxış imkanları araşdırılmalıdır. Məsələn Pakistan kifayət qədər böyük, Körfəz ölkələri isə bahalı bazardır. Bu ölkələrdə çox yüksək qiymətlərə müxtəlif məhsulları satmaq olar. Körfəz ölkələri kənd təsərrüfatı məhsullarının demək olar ki, bütün növlərini idxal edir. Yeni bazarlara çıxmaq həm asılılığı azaldacaq, həm də əlavə gəlir mənbələri yaradacaq”.

Editor

Related Posts