Today Cümə, 20th İyun 2025
Birinci 24

Birinci 24

Naxçıvan MR Ali Məclisinin sədri ali vəzifəli şəxs sayılmayacaq

Naxçıvan MR Ali Məclisinin sədri ali vəzifəli şəxs sayılmayacaq

Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri sayılmayacaq.

Birinci24 informasiya agentliyi APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə dair 5-ci maddə Konstitusiyadan çıxarılacaq.

Hazırda qüvvədə olan Konstitusiyanın 5-ci maddəsinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsidir.

Editor

Related Posts