Azərbaycanda əhalinin 21%-ni və ya 2 milyon 161 min nəfərini 0–14 yaş arası uşaqlar təşkil edir.
Birinci24 informasiya agentliyi açıqlanan sonuncu rəsmi statistikaya istinadən xəbər verir ki, uşaqların 53,2%-ni və ya 1 milyon 150 min nəfərini oğlanlar, 46,8%-ni və ya 1 milyon 11 min nəfərini isə qızlar təşkil edir.
Məlumat üçün bildirək ki, son illərdə ölkədə qız uşaqlarının sayı azalmağa başlayıb. 36 il əvvəl – 1989-cu ildə Azərbaycanda 2 milyon 302 min uşaq olub və onların 51,3%-ni (1 milyon 182 min nəfəri) oğlan uşaqları təşkil edib.
Son 35 ildə – 1989-2024-cü illər ərzində oğlan uşaqlarının sayı cəmi 32 min nəfər azaldığı halda, qız uşaqlarının sayı 109 min nəfər azalıb.