Today Bazar ertəsi, 23rd İyun 2025
Birinci 24

Birinci 24

Alatavada qanunsuz söküntü işi apardığı üçün həbs edilmiş ekskavator sürücüsü azadlığa buraxılıb

Alatavada qanunsuz söküntü işi apardığı üçün həbs edilmiş ekskavator sürücüsü azadlığa buraxılıb

Bakının Alatava adlanan ərazisində qanunsuz söküntü işləri apardığı üçün həbs edilmiş “Melissa Group” tikinti şirkətinin ekskavator sürücüsünün cinayət işinə xitam verilib.

APA-nın məlumatına görə, söküntü ilə bağlı saxlanılan ekskavator sürücüsü Qala Eynullayev azadlığa buraxılıb.

Bildirilir ki, bu, zərərçəkənlə şirkət arasında razılaşmadan sonra baş verib.

Xətai Rayon Məhkəməsinin qərarına əsasən, “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov da ötən ay ev dustaqlığına buraxılıb.

2025-ci il martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində qanunsuz söküntü işləri apardığı üçün “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov, söküntü işləri aparan ekskavator idarə edən Qala Seymur oğlu Eynullayev saxlanılmışdı.

Qalib Məmmədov və Qala Eynullayev barəsində martın 29-da Xətai rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilmişdi.

Qalib Məmmədova Cinayət Məcəlləsinin 32.3-cü (cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülmüşdü.

Qala Eynullayev isə Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi üzrə ittiham olunurdu.

Editor

Related Posts