Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev iyunun 30-da bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Fikrət Məmmədov Azərbaycanın ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
İyulun 1-də Fikrət Məmmədovun 70 yaşı tamam olur.
O, bu ilin fevralında Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.
Fikrət Məmmədov 24 il ədliyyə naziri vəzifəsində çalışıb.
Fikrət Məmmədov həmçinin Prezident İlham Əliyevin xalası oğludur.