Rusiya ilə Azərbaycanın münasibətləri hansı qüvvələri qəzəbləndirir? – Zaxaraova açıqladı

Rusiya ilə Azərbaycanın münasibətləri hansı qüvvələri qəzəbləndirir? – Zaxaraova açıqladı

Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır və bunu bəyənməyən qüvvələr var.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Solovyev Live” telekanalının efirində bildirib.

“Biz yadda saxlamalıyıq ki, onlar (Moskva ilə Bakı arasında münasibətlər) strateji müttəfiqlik xarakteri daşıyır. Təbii ki, bunu bəyənməyən qüvvələr var”, – diplomat bildirib.

Zaxarova vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətlərində dərin məna var. “Bu, bizim vahid dövlətin bir hissəsi olduğumuz tarixi icma dövrümüzdür. Bu, bizim qarşılıqlı fəaliyyətimizin, insanlar arasında təmasların, həll etdiyimiz tarixi çağırışların dərin tarixidir”, – o əlavə edib.

Diplomatik idarənin rəsmi nümayəndəsi onu da qeyd edib ki, belə bir ittifaq “müəyyən qüvvələrin qəzəbinə səbəb olur və müdaxilə etmək istəyirlər”.

“Biz buna imkan verməməliyik. İstər beynəlxalq münasibətlər, istər şəxsi həyat olsun, hər bir subyektlə qarşılıqlı əlaqədə problemli məsələlər var. Söhbət onların necə həll olunmasındadır. Təbii ki, bu məsələlərin münasibətlərimizin statusuna uyğun həlli zərurətindən çıxış etməliyik”, – diplomat bildirib.

Editor

Related Posts