Today Bazar ertəsi, 7th İyul 2025
Birinci 24

Birinci 24

Naxçıvanlı karateçi Rafiq Hüseynli beynəlxalq turnirdə gümüş medal qazanıb

Naxçıvanlı karateçi Rafiq Hüseynli beynəlxalq turnirdə gümüş medal qazanıb

Türkiyənin Bursa şəhərinin Gemlik bölgəsində “VI Gemlik Uluslararası Karate Turnuvası” adlı beynəlxalq turnir keçirilib. Yarışda 8 ölkədən 2000-ə yaxın karateçi iştirak edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvanda fəaliyyət göstərən “Qapıcıq” Karate-do İdman Klubunun üzvü Rafiq Hüseynli turnirin kumite yarışlarında uğurla çıxış edərək mükafatçılar sırasına düşüb. O, 14–15 yaş kateqoriyası üzrə -70 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.

Xatırladaq ki, Rafiq Hüseynli dünya şotokan çempionatlarının, o cümlədən beynəlxalq turnirlərin və ölkə miqyaslı yarışların qalibi və mükafatçısıdır.

Editor

Related Posts