PKK lideri Abdullah Öcalan, təşkilata bağlı qrupların silah buraxmağa başlamasından bir gün əvvəl videomüraciət yayımlayıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, İmralı həbsxanasında cəza çəkən digər məhkumlarla birlikdə çəkilən bu görüntülərdə Öcalan həm PKK-ya, həm də ictimaiyyətə müraciət edib.
Öcalan, hazırkı mərhələnin tarixi olduğunu bildirib.
“Hazırkı mərhələ yeni addımlarla praktikaya keçməyi zəruri edir. Parlamentdə yer alan DEM və digər partiyalar bu prosesin (PKK üzvlərinin silah buraxması və təşkilatın ləğv olunmasının tamamlanması – red.) uğurla nəticələnməsi üçün öz üzərlərinə düşəni yerinə yetirəcəklər”, – deyə Öcalan bildirib.
O, Türkiyə Böyük Millət Məclisində (TBMM) bununla bağlı qurulması planlaşdırılan komissiyanın prosesdəki rolunun əhəmiyyətinə də toxunaraq əlavə edib:
“Atılan addımların boşa çıxmayacağını bilirəm. Səmimiyyəti görür və güvənirəm”.
Sözügedən videomüraciəti təqdim edirik: