Today Cümə, 11th İyul 2025
Birinci 24

Birinci 24

İlham Əliyevlə Nikol Paşinyanın görüşü başa çatıb

İlham Əliyevlə Nikol Paşinyanın görüşü başa çatıb

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, görüşdə “Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb”.

Məlumatda o da bildirilir ki, “görüş çox konstruktiv mühitdə keçib”.

Tərəflər təmasların müxtəlif işçi qrupları və yüksək səviyyələrdə davam etdirilməsi ilə bağlı ümumi razılıq əldə ediblər.

Görüşdə Ermənistan tərəfdən baş nazirin müavini Mher Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və parlamentin sədr müavini Ruben Rubinyan iştirak ediblər. Azərbaycan tərəfini isə prezidentin köməkçisi Hikmət Hacıyev, baş nazirin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov və prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov təmsil ediblər.

Azərbaycan və Ermənistanın hələ martda sülh sazişinin mətni üzərində razılaşması xəbəri yayılsa da, saziş hələ də imzalanmayıb. 

Ermənistan rəsmiləri bildirir ki, buna səbəb Azərbaycanın sülh razılaşmasını imzalamaq üçün şərtlər qoymasıdır. Bu şərtlər Ermənistanın Konstitusiyasından Azərbaycana dair ərazi iddialarını çıxarması və ATƏT-in Minsk qrupunun buraxılması üçün rəsmi müraciət etməsidir.

Editor

Related Posts