Today Cümə, 11th İyul 2025
Birinci 24

Birinci 24

“Rusiya Əliyev və Paşinyanın Əbu-Dabidəki görüşünü tam dəstəkləyir”

“Rusiya Əliyev və Paşinyanın Əbu-Dabidəki görüşünü tam dəstəkləyir”

“Azərbaycan- Ermənistan sülh müqaviləsi Cənubi Qafqaz regionuna sülh və sabitlik gətirəcək”.

Birinci24 informasiya agentliyi TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

O, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki görüşünü şərh edərkən Rusiyanın bu prosesi tam dəstəklədiyini bildirib.  

“Belə bir sazişin imzalanması regiona proqnozlaşdırılabilənlik, sabitlik və sülh gətirəcək mühüm amil olacaq”, – Kreml nümayəndəsi qeyd edib.

Xatırladaq ki, bu gün Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.

Editor

Related Posts