Today Şənbə, 12th İyul 2025
Birinci 24

Birinci 24

DTX “Vaqner”lə əlaqədə ittiham olunan iki nəfəri həbs etdi

DTX “Vaqner”lə əlaqədə ittiham olunan iki nəfəri həbs etdi

Bakıda “Vaqner” muzdlu silahlı qruplaşması ilə əlaqədə ittiham olunan Ramil Əliyev və İsmayıl Həsənov həbs edilib. Onların hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan istintaq çərçivəsində məlumat verilib. DTX-nın keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin həm ölkə daxilində, həm də xarici ölkələrdə bir sıra ağır və xüsusilə ağır cinayətlər törətdikləri bildirilir.

İstintaq materiallarına əsasən, Ramil Əliyev və İsmayıl Həsənov xarici ölkələrdə qəsdən adamöldürmə və digər ağır cinayətlərə görə məhkum olunublar. Cəzaçəkmə müəssisələrində olduqları müddətdə isə onların “Vaqner” muzdlu hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojin tərəfindən seçildikləri və müəyyən məbləğ qarşılığında müxtəlif hərbi əməliyyatlara cəlb olunduqları iddia edilir.

Hazırda hər iki şəxs barəsində istintaq davam etdirilir.

Editor

Related Posts