Today Şənbə, 12th İyul 2025
Birinci 24

Birinci 24

Rusiyada Azərbaycandan gətirilən 18 ton şaftalı məhv edildi

Rusiyada Azərbaycandan gətirilən 18 ton şaftalı məhv edildi

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) əməkdaşları Azərbaycandan Krasnodara gətirilən 18 ton şaftalı və nektarini məhv edib.

Birinci24 informasiya agentliyi Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Xidmətin iddiasına görə, buna səbəb fitosanitar yoxlama zamanı şaftalı və nektarinlərdə qərb çiçək tripslərinin müəyyən edilməsi olub.

Kənd təsərrüfatı üçün təhlükəli olan bu həşəratlarla əlaqədar meyvələrin Rusiyaya idxalına qadağa qoyulub. 18 tonluq şaftalı və nektarin Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşları tərəfindən məhv edilib.

Editor

Related Posts