Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

““Bolt”un yiyəsi, atana borcum var?”

Aktrisa Mətanət Eres “Bolt” taksi şirkətindən şikayətçi olub.

Xəstəxanaya getmək üçün taksiyə minən sənətçi 3,37 AZN qiymət yazıldığı halda, kartından 5,90 AZN pul çıxıldığını iddia edib:

“Kartla sifariş verəndə qiymətə baxın. Sürücü deyir ki, “Bolt” keçib fırıldağa… Onların şirkətinə gedəcəyəm, görüm, nə deyəcəklər. Hətta sürücülərə də az pul verirlər. “Bolt”un yiyəsi kimdirsə, haram yeyir. Bu sürücülər yazıq deyil? Bizdən oğurladığınız haramınız olsun. Onların vicdanı yoxdur, harama öyrəniblər. Camaatın cibinə girməkdən əl çəkin! İnanıram ki, mənim kimi “Bolt”u söyən çoxdur. Sənin cibinə girmişəm? “Bolt” şirkətinin yiyəsi, atana borcum var? Haramın olsun! Haram yeyə-yeyə özünə şirkət açıb. Burnunuzdan gələcək! Utanıb-ölmürlər!”.

Sosial şəbəkə izləyiciləri aktrisaya “Bolt” xarici şirkət olduğu üçün kartla ödəniş edən zaman əlavə 18% ƏDV çıxdığını bildiriblər. M.Eres həmin şəxslərə belə cavab verib:

“Xarici şirkətdir? Onun vergisini millət ödəməlidir? Şirkət açmısansa, özün ödəməlisən də vergini. Belə çıxır ki, dövlətə vergi ödəmir, millətdən oğurlayıb yeyir”.

admin

Related Posts