Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Elə bilirlər ki, məni əzəcəklər”

Müğənni Hadise Açıkgöz uşaqlar üçün yardım təşkilatı “UNİCEF”in tədbirində iştirak edib.

Sənətçi iş adamı Mehmet Dinçerlerdən boşandıqdan sonra ilk dəfə bu haqda açıqlama verib.

İfaçı yaşanan hadisələrdən sonra daha da gücləndiyini qeyd edib:

“Mənə edilən bu hücumlardan sonra “niyə bunu yaşayıram?” demirəm. Elə bilirlər ki, məni əzəcəklər, əksinə güclənirəm. Siz sadəcə danışın”.

Xatırladaq ki, apreldə ailə quran cütlük ötən həftələrdə boşanıb. Evliliyi bitirmək üçün ilk addımı atıb, boşanma ərizəsini yazan Hadise olub. Ayrılığın səbəbinin isə Mehmetin ifaçının sənət fəaliyyətinə təsir göstərməsinin olduğu iddia edilir.

admin

Related Posts