Today Bazar ertəsi, 21st İyul 2025
Birinci 24

Birinci 24

Nanə geyimi ilə “sərhədləri aşdı” – Gecə paltarında…

Nanə geyimi ilə “sərhədləri aşdı” – Gecə paltarında…

Tanınmış aparıcı Nanə Ağamalıyeva efirdəki geyimi ilə sosial mediada gündəmə çevrilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, aparıcının seçdiyi libas izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə onun geyimi həm açıq-saçıq hesab olunub, həm də gecə paltarını xatırlatdığı üçün kəskin tənqid olunub.

Bəzi izləyicilər hesab ediblər ki, bu cür geyim efir etikası və tamaşaçı auditoriyasına uyğun deyil. “Veriliş aparırsan, podiuma çıxmırsan”, “Belə libasla efirə çıxmaq tamaşaçıya hörmətsizlikdir”, “Bu, artıq sərhədi aşmaqdır” kimi şərhlər yayılıb. Dominos pizza

Bununla yanaşı, bir qisim izləyici Nanə Ağamalıyevanı müdafiə edib və onun geyiminin öz şəxsi seçimi olduğunu, insanların xarici görünüşə görə bu qədər sərt davranmasının doğru olmadığını bildirib.

Qeyd edək ki, bu, aparıcının geyimi ilə bağlı ilk dəfə tənqid olunması deyil. Daha öncə də onun səhnə və efir seçimləri sosial mediada birmənalı qarşılanmayıb.

Editor

Related Posts