““Kişiliyinizə” sığınaraq zənginizi unutmamışam”

Xalq artisti Flora Kərimova həmkarı Zülfiyyə Xanbabayevaya təbrik ünvanlayıb.

54 yaşına qədəm qoyan sənətçiyə təbrik mətni diqqət çəkib:

“Zülfiyyə, qızım, gec də olsa təbrikimi qəbul edin. Sizin hər şeyi gözə alıb, kişiliyinizə sığınaraq “o” zənginizi unutmamışam. “O” zənginiz ki, övladlarıma, sizdən mənə, məndən onlara mirasdır! Səsinizdəki o sevgini, o kədəri, o nigaranlığı halal edin, qızım! Sizi sevirəm, səsinizi sevirəm, analığınızı sevirəm! Övladınız Dənizin xoşbəxtliyini gözüdolusu yaşayın. Öpürəm sizi!”.

admin

Related Posts