Today Çərşənbə, 23rd İyul 2025
Birinci 24

Birinci 24

Kamran Əliyev: “Azərbaycanlıların ölümü ilə bağlı Rusiya ilə mütəmadi əlaqə saxlayırıq” 

Kamran Əliyev: “Azərbaycanlıların ölümü ilə bağlı Rusiya ilə mütəmadi əlaqə saxlayırıq” 

Baş Prokuror Kamran Əliyev iyunun 27-də Yekaterinburqda iki azərbaycanlının ölümü ilə bağlı başladılan cinayət işindən danışıb. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, “Report.az”a danışan Əliyev deyib ki, Azərbaycan tərəfi hadisə ilə əlaqədar Rusiya Baş Prokurorluğu və İstintaq Komitəsi ilə mütəmadi əlaqə saxlayır. 

“Hərçənd, Rusiya tərəfi deyir zərərçəkənlər öz ölkələrinin vətəndaşlarıdır, amma Azərbaycan ikili vətəndaşlığı tanımadığı üçün onlar bizim vətəndaşlardır. Ona görə biz onlarla bağı ekspertizalar keçirdik, təəssüf olsun ki, həmin şəxslərin işgəncələr, döyülmələr, ağır bədən xəsarətləri alınması nəticəsində həyatlarını itirdikləri müəyyən olundu” – o qeyd edib. 

“Həmin işlərlə də bağlı biz istintaq hərəkətləri aparırıq və əldə olunmuş bütün sübutları Rusiya İstintaq Komitəsi tərəfə təqdim etmişik. Rusiya tərəfindən mənə deyilib ki, həmin zorakılıq faktları ilə bağlı İstintaq Komitəsi tərəfindən ayrıca araşdırma aparılır. Ümid edirik ki, bu məsələ ilə bağlı açılmış cinayət işinin nəticələri olacaq”, – o əlavə edib. 

İyunun 27-də Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi reyd nəticəsində 10-dan artıq azərbaycanlı saxlanılıb. Onlardan ikisi polis idarəsində ölüb. 

Saxlanılan şəxslər 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayətlərdə ittiham olunurlar.

Editor

Related Posts