Today Çərşənbə, 23rd İyul 2025
Birinci 24

Birinci 24

Tramp sosial media hesabında Əliyevin çıxışını paylaşıb 

Tramp sosial media hesabında Əliyevin çıxışını paylaşıb 

ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında Azərbaycan prezidenti İlham Əliyevin iyulun 19-da Xankəndidə etdiyi çıxışdan bir hissəni paylaşıb. 

Paylaşılan çıxışda Əliyev jurnalistin sualına cavab olaraq Trampı tərifləyir. 

“Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim ki, onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun”, – Əliyev deyib. 

Tramp bu yaxınlarda Azərbaycan və Ermənistan arasında tezliklə sülh razılaşması imzalanacağını bildirib.

Editor

Related Posts