Today Çərşənbə, 23rd İyul 2025
Birinci 24

Birinci 24

Rusiyada 4 azərbaycanlı saxlanıldı – 2 ildən 5 ilədək həbs cəzası verildi

Rusiyada 4 azərbaycanlı saxlanıldı – 2 ildən 5 ilədək həbs cəzası verildi

Moskvada miqrantların qeyri-qanuni leqallaşdırılması işi ilə bağlı 4 azərbaycanlı saxlanılıb.

Birinci24 informasiya agentliyi “Komsomolskaya Pravda” qəzetinə istinadla xəbər verir ki, azərbaycanlılar Rusiya FTX və Rusiya Milli Qvardiyasının birgə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

İstintaqın məlumatına görə, onlar saxta miqrasiya kartları və saxta iş icazələri hazırlamaqda ittiham olunurlar.

Həmçinin məlumata görə, qrup üzvləri bu yolla 2 milyon rubldan çox (43 min manatdan çox) gəlir əldə edərək, 1000-dən çox miqrantı leqallaşdırmağa nail olublar.

Əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları saxta miqrasiya kartları və saxta iş icazələrinin hazırlandığı iki yeraltı laboratoriyanı ləğv ediblər.

Nəşrin məlumatına görə, məhkəmə bütün müttəhimləri miqrantların Rusiyada qanunsuz qalmasının təşkili maddəsi ilə təqsirli bilib və onları 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum edib.

Editor

Related Posts