Today Çərşənbə axşamı, 29th İyul 2025
Birinci 24

Birinci 24

Nura Suri restoran fırıldağını ifşa etdi! – Müğənniyə atılan şabaşı da ciblərinə qoyublar

Nura Suri restoran fırıldağını ifşa etdi! – Müğənniyə atılan şabaşı da ciblərinə qoyublar

Müğənni Nura Suri restoranlarda müştərilərin aldadılması ilə bağlı ittiham irəli sürüb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, sənətçi sosial media hesabında paylaşdığı yazıda bəzi restoran işçilərinin həm müştəriləri, həm də restoran sahiblərini aldadaraq fırıldaq yolu ilə qazanc əldə etdiklərini bildirib.

Nura Surinin sözlərinə görə, o, bu xoşagəlməz vəziyyətlə şəxsən qarşılaşıb:

“Restoranlarda diqqətli olun, çünki sifariş etmədiklərinizi də sonda hesaba əlavə edib sizdən pulunu ala bilərlər. Bunu edən işçilər həm restoran sahiblərini, həm də sizi aldadırlar. Dünən restoranlardan birində (açılış idi) bu hal yaşandı. Hətta müğənniyə atılan şabaşı restoran işçiləri toplayıb öz ciblərinə qoydular. Restoran işlədənlər işçilərə ciddi nəzarət etməlidirlər”.

Editor

Related Posts