İran Bakı və İrəvanı sülh müqaviləsinin imzalanmasını sürətləndirməyə çağırıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqai keçirdiyi mətbuat konfransında bildirib.
“Biz sülh sazişinin imzalanmasının sürətləndirilməsinin tərəfdarıyıq. Biz iki ölkəni bu prosesi sürətləndirilməyə və yekunlaşdırmağa çağırırıq”, – Bəqai bildirib.
Onun sözlərinə görə, bu hər iki ölkə üçün faydalı olacaq və regionda sabitliyin formalaşmasına gətirib çıxaracaq.
Digər tərəfdən, Bəqai İranın Cənubi Qafqazdakı proseslərə regiondankənar qüvvələrin müdaxiləsinə qarşı olduğunu bildirib.
Onun sözlərinə görə, regiondankənar oyunçuların Cənubi Qafqaz məsələlərinə müdaxiləsi regionun təhlükəsizliyi və inkişafı maraqlarına ziddir.
“Biz nəqliyyat əlaqələrinin iqtisadi artıma töhfə verəcəyi və dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə təsir göstərməyəcəyi, regionun geosiyasi mənzərəsini dəyişdirməyəcəyi təqdirdə inkişaf etdirilməsinin tərəfdarıyıq”, – Bəqai bildirib.