
Türkiyəli model-aparıcı Ebru Şallının həyat yoldaşı Uğur Akkuş tərəfindən şiddətə məruz qaldığı iddia olunub.
Aparıcı bu barədə sosial şəbəkədə açıqlama yayıb. O, xəbərlərin doğru olmadığını yazıb:
“Bu qədəri də ayıbdır, etməyin. Jurnalistlika bu qədər ucuzlaşıb? Gerçək olmayan xəbərləri yazırsınız. Niyə ağlınıza gələni verirsiniz?”.
Qeyd edək ki, Ebru və Uğur 2019-cu ildə ailə hayatı qurub.