Today Çərşənbə, 6th Avqust 2025
Birinci 24

Birinci 24

“Ai-95”in satışı dayandırılıb? – Rəsmi

“Ai-95”in satışı dayandırılıb? – Rəsmi

“SOCAR” brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95” markalı yanacağın satışı dayandırılmayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Report”a “SOCAR Petroleum” QSC-dən son günlər Bakının bir çox yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium benzinin satışının dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirilib.

Qeyd olunub ki, son günlər yüksək tələbat səbəbindən bəzi stansiyalarda müvəqqəti olaraq yanacaq ehtiyatı tükənib:

“Lakin bu gündən etibarən bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər”.

Editor

Related Posts