Today Çərşənbə, 6th Avqust 2025
Birinci 24

Birinci 24

Rumıniya da Azərbaycan neftində çirklənmə aşkarlandığını bildirir

Rumıniya da Azərbaycan neftində çirklənmə aşkarlandığını bildirir

Rumıniyanın Energetika Nazirliyi Azərbaycandan yola salınmış neftin çirklənmiş olması ilə bağlı  fövqəladə vəziyyət elan edib. 

Söhbət Azərbaycandan yüklənmiş 92 min ton xam neftdən gedir.

Bu barədə Rumıniyanın Energetika Nazirliyi avqustun 4-də məlumat yayıb.

“Azərbaycandan Türkiyə limanına yüklənmiş 92 min ton xam neft yükünün boşaldılması zamanı üzvi xloridlərlə çirklənmə aşkar edilib. Energetika Nazirliyi Avropa Komissiyasını xəbərdar edib və böhran səviyyəsində fövqəladə vəziyyət elan edib”, – nazirlik bildirib.

Məlumatda qeyd edilir ki, çirklənmiş neft Konstans limanı vasitəsilə “OMV Petrom”un Petrobras emalı zavoduna çatdırılmalı idi, lakin çirklənmə səbəbindən qəbul olunmayıb, bu isə ölkədə müvəqqəti xam neft çatışmazlığı yaradıb.

İyulun sonunda “British Petroleum” (“BP”) şirkəti də Azərbaycan neftində çirklənmə aşkarlandığını bildirib.

Şirkətdən “Bloomberg” agentliyinə verilən məlumata görə, Azərbaycandan Avropa ölkələrinə nəql edilən bəzi neft partiyalarında mümkün çirklənmə problemləri barədə məlumat alınıb.

Şirkət qeyd edib ki, neft partiyalarında orqanik xlorid adlanan maddə aşkarlanıb. “Əgər bu maddə böyük miqdarda olarsa, neft emalı zavodlarına və avadanlıqlara zərər verə bilər”, – xəbərdə deyilirdi.

Bakı-Tbilisi-Ceyhan boru kəmərini idarə edən “BTC Co.” şirkəti hazırda boru kəməri boyunca bütün obyektlərdə xam neftin keyfiyyətini qiymətləndirdiyini bildirib. 

Bir neçə gün sonra Avstriyanın “OMV” enerji qrupu neft emalı zavodlarına çatdırılması planlaşdırılan Azərbaycan neftindəı üzvi xloridlə çirklənmə aşkarladığını bildirib.

Editor

Related Posts