Today Cümə axşamı, 7th Avqust 2025
Birinci 24

Birinci 24

Naxçıvan şahmatçısı onlayn platformada qrossmeyster adına layiq görülüb

Naxçıvan şahmatçısı onlayn platformada qrossmeyster adına layiq görülüb

Naxçıvan şahmatçısı Tural Zeynalov Beynəlxalq Şahmat Federasiyası – FIDE tərəfindən “Arena Grand Master” (AGM, Arena Qrossmeyster) tituluna layiq görülüb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Həm FIDE hakimi, həm də şahmat müəllimi kimi fəaliyyət göstərən T.Zeynalovun yeni titulu muxtar respublikada ilk hesab olunur.

Naxçıvandan bir çox şahmatçı sözügedən platformadan istifadə edərək ACM, AFM, AİM adlarına layiq görülüb.

Qeyd edək ki, bu titullar federasiyanın rəsmi onlayn platforması olan “FIDE Online Arena”da (wordchess.com) göstərilən nəticələrə əsasən verilir və yalnız orada keçərlidir.

Editor

Related Posts