Today Cümə axşamı, 7th Avqust 2025
Birinci 24

Birinci 24

Rusiya Azərbaycan qazının Ukraynaya nəql edildiyi stansiyanı vurub

Rusiya Azərbaycan qazının Ukraynaya nəql edildiyi stansiyanı vurub

Avqustun 6-na keçən gecə Rusiya hərbçiləri Ukraynanın qaz nəqli sistemi operatorunun kompressor stansiyasına zərbələr endirib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, məlumatı Ukraynanın Energetika Nazirliyi yayıb.

Nazirlik onu da bildirib ki, Azərbaycan qznının Ukraynaya sınaq tədarükü məhz bu stansiya vasitəsilə həyata keçirilir. 

Stansiya Odessa vilayətində, Ukrayna-Rumıniya sərhədinin yaxınlığında yerləşir. 

“Bu kompressor stansiyası Yunanıstanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarını Trans-Balkan qaz kəməri vasitəsilə Ukrayna qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsi kimi istifadə edilib.
Həmçinin, bu stansiya vasitəsilə artıq ABŞ-dən mayeləşdirilmiş təbii qaz və sınaq üçün Azərbaycan qazı tədarük edilib”
, – açıqlamada deyilir.

Nazirlik obyektin onlarla dron tərəfindən hücuma məruz qaldığını bildirib və bunu “energetikaya qarşı, eyni zamanda, Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarla münasibətlərə qarşı” “məqsədli” zərbə adlandırıb.

“Bu, 2027-ci ildə Rusiyanın təbii qazından tamamilə imtina etməyi planlaşdıran bütün Avropa üçün  siqnaldır. Rusiya bu hücumu göstərir ki, Moskva avropalıların enerji müstəqilliyini və alternativ qaz tədarükü marşrutlarını məhv etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcək”, – energetika naziri Svetlana Qrinçuk bildirib. 

Azərbaycandan Ukraynaya Trans-Balkan boru kəməri ilə (Türkiyə, Bolqarıstan, Rumıniya və Odessa vilayətinin bir hissəsindən keçir) qaz nəqlinə iyulun sonunda başlayıb.

Ukraynanın “Naftogaz” şirkəti Azərbaycanın dövlət şirkəti SOCAR ilə müvafiq müqavilə bağlayıb. 

Qrinçuk onu da qeyd edib ki, tədarükün həcmi kiçik olsa da, “strateji əhəmiyyətə malikdir”.

Editor

Related Posts