Xocalıya qonaq gedən 17 yaşlı gənc yanğına səbəb oldu.
Hadisə Badara çayının sahilində baş verib. Maarif Mirzəyevin ərazidə yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində yanğın baş verib. Nəticədə təxminən 40-50 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb. O saxlanılaraq məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi əhaliyə çağırış edib. Bildirilib ki, havaların isti keçməsi fonunda açıq ərazilərdə edilən məsuliyyətsizliklər fəlakətlə nəticələnə bilər.
Bildirilir ki, edilən xəbərdarlıqlara baxmayaraq hələdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən şəxslər var.
Bəzi rayonlarda ərazilərin coğrafi baxımdan mürəkkəb reylefə malik olması yanğın söndürlüməsi işini çətinləşir Bu səbəbdən təbiət qoynuna yollanan hər kəsdən maksimum diqqət tələb olunur.
Yanğınların əsasən işğaldan azad olunan ərazilərdə baş verməsi bəzi sual doğurub.