Today Cümə axşamı, 7th Avqust 2025
Birinci 24

Birinci 24

Şəmkirdə ağır yol qəzası: 7 nəfər həlak oldu – Adlar

Şəmkirdə ağır yol qəzası: 7 nəfər həlak oldu – Adlar

Şəmkir rayonunda 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub.

Birinci24 informasiya agentliyi APA-ya istinadən xəbər verir ki, yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var:

– M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini

– N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini

– K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini

– Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini

– B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı

Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb.

Qeyd edək ki, ölənlərin də bir neçəsinin Ağstafa rayon sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

***

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Birinci24 informasiya agentliyi APA-ya istinadən xəbər verir ki, qəza Bakı–Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hərəkətdə olan mikroavtobus yük maşınına çırpılıb. Qəza nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Editor

Related Posts