Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə bir neçə inanclı xanımın Ərbəin (İmam Hüseynin 40 mərasimi) günü saxlanılaraq barələrində cinayət işinin başlanılmasına etiraz edib. İlahiyyatçı cəmiyyəti qorxu məngənəsində sıxan rejimin inanclı xanımları da həbs etməsini bütün səddlərin aşılması kimi dəyərləndirib.
“Bu ölkənin sabahı qanunsuz həbslər, şərləmələrlə açılır. Rejim öz hakimiyyətini sürdürmək üçün hər gün müxtəlif bəhanələrlə həbslər həyata keçirir. Vəziyyət bu qədər kritik hal alıb ki, inancının sərhəddinə alınan qadınlar belə hakimiyyətin hədəfindədir.
Bu hər bir qeyrət, iradə və əqidə nümayiş etdirən şəxsin, xüsusi olaraq inanclıların haqlı narahatlığına səbəb olmalıdır. Bu gün şərlənərək saxlanılan xanımlara doğru atılan addım sabah hər kəsin evinə, hicablı xanımına doğru uzanan vəhşi, irtica bir əl olacağı şübhəsizdir.
Buradan, həbsxana divarları arasından hakimiyyətdən inanclı xanımların azadlığını tələb edir, eyni halda Xanım Zeynəb (s.ə.) məktəbinin davamçılarına yönəlik məkirli əllərin dayandırılması üçün hər bir inanclıdan bu məsələdə səssiz qalmamağı, öz haqlı etirazını bildirməyi istəyirəm.”