
Binəqədi rayonu, “Baksol” yaşayış massivinin yolu bərbad vəziyyətə salınıb.
Burada kanalizasiya xətlərinin çəkilişi üçün yollar qazılıb, işlər bitdikdən sonra isə sıradan çıxarılmış asfalt qatı bərpa edilməyib.
İncəçay küçəsində yaşayan sakinlərin sözlərinə görə, bir neçə il əvvəl onların yaşadıqları bu küçə asfaltlanıb. Ancaq bir müddət sonra ərazidə kanalizasiya xətlərinin yenilənməsi çərçivəsində yollar qazılıb. İşlər bitsə də asfalt qatı bərpa edilməyib.