Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Araz-Naxçıvan” çempionatda ilk məğlubiyyətini alıb

Futbol üzrə Azərbaycan I Divizionunun XI turu çərçivəsində “Araz-Naxçıvan” bu gün “Mingəçevir”in qonağı olub.

Mingəçevir Şəhər Stadionunda keçirilən oyunda 36-cı dəqiqədə hesab açılıb. Ev sahibin heyətində Roman Hüseynov fərqlənib. İlk hissə bu hesabla yekunlaşıb.

Oyunun ikinci 45 dəqiqəsində hücuma atılan Naxçıvan təmsilçisi bir neçə dəfə qol epizodu yaratsa da tablodakı rəqəmi dəyişə bilməyib. Beləliklə, oyun “Mingəçevir”in 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, “Araz-Naxçıvan” 2 ardıcıl heç-heçənin ardınca sonuncu turda məğlubiyyətlə qarşılaşaraq keçirdiyi 10 oyundan sonra 23 xalla turnir cədvəlinin lideridir. Komandanın ən yaxın izləyicisi “Neftçi-2” komandası isə 9 oyuna 22 xalla 2 pillədə qərarlaşıb.

admin

Related Posts