Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Livanda Azərbaycanın Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə ucaldılıb

Livanın Kavaşa qəsəbəsində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə abidə ucaldılıb.

Abidənin açılışında Kavaşa qəsəbəsinin sakinləri, Livan ictimaiyyətinin nümayəndələri, bu ölkədəki türk icmalarının təmsilçiləri və jurnalistlər iştirak ediblər.

Mərasim iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, onların müqəddəs ruhuna dualar oxuyublar.

Abidənin açılışında çıxış edən Azərbaycanın Livandakı müvəqqəti işlər vəkili Şahin Pənahov 44 günlük Vətən müharibəsi haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və 44 gün davam edən hərbi əməliyyatlar işğalçı Ermənistanın kapitulyasiya aktını imzalaması ilə başa çatıb. Bu möhtəşəm Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, postmüharibə dövründə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. “Bu şanlı Zəfər Azərbaycanın igid oğullarının qəhrəmanlığı sayəsində, şəhidlərin qanı bahasına qazanılıb və bu gün açılışını etdiyimiz abidə Livan torpağında da onlarını xatirəsinə dərin ehtiram əlamətidir”, – deyə diplomat qeyd edib.

Mərasim iştirakçıları abidənin önünə əklil və gül dəstələri qoyublar.

admin

Related Posts