Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sumqayıtda azyaşlı bacılar ölüblər- YENİLƏNİB

Sumqayıtda azyaşlı bacılar ölüblər- YENİLƏNİB

Sumqayıtda iki azyaşlının ölümü ilə bağlı araşdırmalara başlanılıb. 

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, baş verən hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

***

Sumqayıtda 2 azyaşlı ölüb.

Ölənlərin 2018-ci il təvəllüdlü Allahverdiyeva Əsra Şahbaz qızı və bacısı 2016-cı il təvəllüdlü Allahverdiyeva Aynaz Şahbaz qızı olduğu bildirilir.

Onların meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Ölümün səbəbləri ekspertizadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts