Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şahbuz rayonunun 9 məktəbi qəbul imtahanlarında 100 faiz nəticə göstərib

Təhsilə göstərilən dövlət qayğısı sayəsində Şahbuz rayonundakı məktəblərdə 276 kompüter və 60 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 48 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 23 mindən çox dərsliklə təmin olunub, bütün təhsil müəssisələrində idman zalları, açıq idman qurğuları, STEAM kabinələri yaradılıb. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 4 ildə Şahbuz rayonunun ümumtəhsil məktəblərinə təyin olunan gənc kadrlardan 74-ü müəllim kimi fəaliyyətə başlayıb, 27-si isə müxtəlif vəzifələrə təyin olunub.

Bu fikirləri Şahbuz rayonunda 2021-2022-ci tədris ilində uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov deyib. Nazir bildirib ki, 2021-2022-ci tədris ilində muxtar respublika üzrə 47 məktəb ali və orta ixtisas təhsil müəssisələrinə qəbul nəticələrinə görə 100 faiz nəticə göstərib ki, onlardan 9-u Şahbuz Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdir. Ötən tədris ili üzrə rayon ümumtəhsil məktəblərindən məzun olan 123 şagirdin 121-i, yaxud 98 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib. Sənəd verənlərin 89-u, yaxud 74 faizi ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olub, 9-u 500-700 bal arası nəticə göstərib. 1 məzun qızıl nişana, 2 məzun isə fərqlənmə attestatına layiq görülüb. 17 şagird 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olub.

Rayonda fəaliyyət göstərən məktəblərdən 11-i qəbul nəticələrinə görə muxtar respublika orta göstəricisindən yüksək nəticə əldə edib. Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin məzunu Yusif Kazımlı Prezident təqaüdünə layiq görülüb.

Sonra Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov 2021-2022-ci tədris ilində görülən işlər və 2022-2023-cü tədris ili üzrə gözlənilən nəticələr barədə məlumat verib.

Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Şahbuz şəhər 1 və 2 nömrəli, Badamlı qəsəbə, Şahbuzkənd, Mahmudoba, Badamlı, Ayrınc, Sələsüz, Daylaqlı, Şada, Nursu kənd tam orta məktəblərinə diplomlar təqdim edilib, xatirə şəkli çəkdirilib.

admin

Related Posts