Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xəzər sahilində plastik dənəciklər aşkarlandı – Nazirlikdən açıqlama

Xəzər sahilində plastik dənəciklər aşkarlandı – Nazirlikdən açıqlama

Xəzər dənizinin Fatmayı və Goradil sahilboyu ərazisinə dənəvər plastik materialların yayılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə Xidmət rəsmisi Vaqif Cavadov bildirib. Onun sözlərinə görə, əraziyə keçirilən baxış zamanı ağ kiçik dənəvər formalı plastik materialların polietilen istehsalı üçün nəzərdə tutulan xammal olduğu müəyyən edilib.

O qeyd edib ki, ölkədə fəaliyyət göstərən polietilen materiallar istehsal edən müəssisələrin mütəxəssisləri əraziyə cəlb edillib, birgə aparılan araşdırmalar və danışıqlar nəticəsində sözügedən xammalın Azərbaycandakı müəssisələrə məxsus olduğu təsdiqlənməyib: “İlkin ehtimala görə xammal dəniz yolu ilə yük daşınması zamanı dənizə dağılıb və küləkli havada dalğa ilə sahilə çıxaraq sahil xətti boyu təqribən 1000 metr məsafədə yayılıb. Hazırda plastik dənəciklərin yayıldığı ərazi Binəqədi Rayon Bələdiyyəsinin əməkdaşları tərəfindən təmizlənir”.

Editor

Related Posts