
Neftçalanın Şirvanlı kəndində evlər odun sobası ilə qızdırılır. Mətbəxdə isə elektrik cihazı ilə yemək bişirilir.
Kənddə heç zaman qaz olmadığı üçün insanlar ciddi çətinliklərlə üzləşirlər.
Xüsusilə soyuq aylarda. Sakinlərin sözlərinə görə, problemin həlli istiqamətində dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, heç bir nəticəsi yoxdur. Sakinər odun almaq üçün dağlıq rayonlara üz tutmaq məcburiyyətində qalırlar. Bu isə onların xərclərini xeyli artırır.
1986-cı ildə salınan Şirvanlı kəndi Xəzər dənizinin sahilində yerləşdiyindən hava şəraiti mütəmadi olaraq küləkli olur.