Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tələbələrin tikmə işləri nümayiş olunub

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində “Xalça naxışları tikmələrdə” adlı sərgi keçirilib.

Sərgidə iştirak edən universitetin rektoru Elbrus İsayev Naxçıvanda tarixi qədimlərə dayanan incəsənətimizin müxtəlif növlərinin qorunub yaşadılmasında tələbələrin rolunun olmasını xüsusi qiymətləndirib. İncəsənət fakültəsi tələbələrinin yaradıcı işlərdə fəallığından söz açan Elbrus İsayev vurğulayıb ki, əl işlərinin sərgilənməsi tələbələrin ixtisaslarına və bu peşəyə olan marağının göstəricisidir.

Təsviri-incəsənət kafedrasının müdiri Siddiqə Hacıyeva və kafedranın baş müəllimi Mahir Xəlilov dekorativ-tətbiqi sənətin yaranma tarixindən danışıb, tələbələrin iki aylıq sərgiyə hazırlığı haqda məlumat veriblər.

Daha sonra sərgiyə baxış keçirilib.

Sərgidə “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə təhsil alan III və IV kurs tələbələrinin sap, parça, muncuq, pilək və digər materiallardan bədii tikmə üsulu ilə hazırladığı 50-yə yaxın sənət əsəri nümayiş olunub. Sərgidə tikmələrlə yanaşı gipsdən hazırlanaraq boyanmış dəvə fiqurları, xalça rəsmləri ilə bəzədilmiş Qarabağlar türbəsinin maketi də diqqət cəlb edib.

admin

Related Posts