Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Region gənclərinin bacarıqlarının artırılması” təlimi keçirilib

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Region gənclərinin bacarıqlarının artırılması” layihəsi çərçivəsində növbəti təlim Naxçıvan şəhərində keçirilib.

Gənclərlə görüş zamanı “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı bildirib ki, layihə çərçivəsində təlimlər Gəncə, Mingəçevir, Tovuz, Neftçala, Qəbələ, Şəki və Balakən şəhərlərində keçirilib. Hazırda isə Naxçıvan şəhərində layihə çərçivəsində təlimlər keçirilir. İndiyədək “Gənclərlə iş”, “Layihələrin yazılması və idarə edilməsi”, “Sosial şəbəkələrdən düzgün istifadə” və “Gənclərlə işdə rəqəmsal bacarıqlar” mövzuları üzrə keçirilən təlimlərdə 300-ə yaxın gənc iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərdən və keçirilən təlimin əhəmiyyətindən danışıb.

Sonra təlimlərə start verilib. Gənclərə müxtəlif mövzularda suallar ünvanlanıb, əyləncəli və intellektual oyunlar keçirilib.

Layihənin keçirilməsində məqsəd gənclərin dövlət maraqlarının qorunmasında iştirakını təmin etmək, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşmasına nail olmaq və region gənclərinin təşəbbüslərinin artımına dəstək verməklə dövlət gənclər siyasətinin inkişafına töhfələr verməkdir.

Təlimlərdə iştirak edən gənclərə sertifikatlar təqdim edilib.

admin

Related Posts