Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Yeni yaradılan Naxçıvan Baş Gömrük İdarəsinin xərcləri dövlət büdcəsindən maliyyələşdiriləcək

Naxçıvan Muxtar Respublikasında Dövlət Gömrük Komitəsinin ləğv olunub yeni Baş Gömrük İdarəsinin yaradılması ilə 53,2 mln. manat daxilolmanın dövlət büdcəsinə aid edilməsi vacib hesab edilir.

Bu barədə Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri bildirib.

Nazir bildirib ki, Baş idarənin saxlanmasına 20,1 milyon manat ayrılacaq: “Naxçıvan Muxtar Respublikasında gömrük orqanlarının maliyyələşməsi mərkəzləşmiş xərclərə ötürülüb. Orada aparılacaq işlər nəticəsində optimallaşmanı görəcəyik. Xərclərdə hər hansı bir qənaət olduğu halda daha az transfert veriləcək. Bunu tənzimləyəcəyik. Dotasiya ilə bağlı isə hər hansı tələsik qərar qəbul edilməsi məqsədəuyğun deyil”.

admin

Related Posts