
Müğənni Nura Suri ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sənətçi bu barədə feysbuk hesabından paylaşım edib.
“Tarif Şurası elə bil Marsda yaşayır. Nə qədər artım olar? İctimai nəqliyyatın qiymətini qaldırmaq mövzusu atılıb gündəmə. İctimai nəqliyyatdan varlılar istifadə etmir. Kasıbları öldürməyin başqa yollarını axtarın”, – deyə, N. Suri qeyd edib.