
Psixiatr, professor Nadir Əliyev vəfat edib․
Bu barədə onun həmkarı, psixiatr Aytən Namazova məlumat verib.
Qeyd edək ki, professor Nadir Əliyev 1946-cı ildə Naxçıvanda anadan olub. O, müxtəlif illərdə Bakı şəhəri 3 saylı ruhi xәstәxananın, 2 saylı vәrәm sanatoriyasının, Bakı şəhəri psixonevroloji dispanserin, Bakı şəhəri 2 saylı ruhi-әsәb xәstәxanasının, Bakı şəhəri ruhi-әsәb xәstәliklәri dispanserinin baş hәkimi vәzifәsində çalışıb. Nadir Əliyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya kafedrasında fәaliyyәt göstәrirdi. Tәdqiqatları, әsasәn, müxtәlif psixi pozuntuların farmakoterapiyası üzrәdir. 150-dәn çox elmi әsәrin müәllifidir.