Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tələbələr arasında basketbol birinciliyinin keçirilib

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında basketbol üzrə muxtar respublika birinciliyinə bu gün keçirilən final qarşılaşması ilə yekun vurulub.

Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində keçirilən yarışın həlledici qarşılaşması “NDU-1” ilə “NDU-2” komandası arasında baş tutub. Daha üstün təsir bağışlayan universitetin birinci komandası 48:35 hesablı qələbə ilə birinci, “Naxçıvan” Universitetinin komandası isə üçüncü olub.

İlk üçlükdəki komandalara diplom və kubok təqdim olunub.

Qeyd edək ki, yarışda 7 komanda “play-off” əsasında mübarizə aparıb.

admin

Related Posts