Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ötən ay 4 vergi ödəyicisi qanunvericiliyin tələblərini pozub

Xidmətin və onun yerli qurumlarının əməkdaşları tərəfindən noyabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə aparılan yoxlama və monitorinqlər zamanı 4 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.

Operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 2 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınmaması, 1 şəxsin isə vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

admin

Related Posts