Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kəlbəcərdə dördü hərbçi olmaqla səkkiz nəfər minaya düşdü, biri şəhid oldu – YENİLƏNİB 

Kəlbəcərdə dördü hərbçi olmaqla səkkiz nəfər minaya düşdü, biri şəhid oldu – YENİLƏNİB 

Kəlbəcərdə səkkiz nəfər minaya düşüb.

Bu barədə Baş Prokurorluq, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin dörd nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyyə ilə bağlı hadisə yerinə yollanan dörd nəfər hərbçi də minaya düşüb, onlardan üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə ölüb.

Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

***

Kəlbəcərdə mina partlayışı nəticəsində şəhid olan hərbçimizin kimliyi məlum olub.

Minaya düşərək şəhadətə ucalan hərbçimiz baş gizir Hümbətov Zöhrab Məmməd oğludur.

***

Kəlbəcərdə mina partlayışı zamanı dörd mülki şəxsdən əlavə iki nəfər hərbçi də minaya düşüb.

Minaya düşən hərbçilərdən biri şəhid olub.

Qeyd edək ki, minaya düşən mülki şəxslərdən biri də vəfat edib.

***

Kəlbəcərdə mina partlaması nəticəsində bir nəfər ölüb.

Baş verən partlayışda üç nəfər isə xəsarət alıb.

***

Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

“Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər”, – DİN-in məlumatında bildirilib.

Editor

Related Posts