Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Qayıtdı ki, birdən çatmaram. Hiss edirdi ölümünü”

“Ölümündən sonra xəbər yayıldı ki, guya məzarda dirildi, çevrildi, qəbri cırmaqladı. Rəfiqəsi gildə qalırdı, evini təmir edirdi. Ölüm xəbəri gələndə mən də Hacıbaba Bağırovun xanımı ilə gəldim. Gördük ki, vəfat edib. Kürəyində qara ləkə var idi, ürəyindən olmuşdu. Heç kimin ixtiyarı yoxdur Gülşən xanımın arxasınca belə söz danışsın. Bu şayiələrə bir də qayıtmayın”.

Bu sözləri Əməkdar artist Nahidə Orucova “O üz” proqramında deyib. Aktrisa mərhum Xalq artisti Gülşən Qurbanova ilə bağlı xatirələrini bölüşüb:

“Nəvəsi olmuşdu, 40-günü tamam olmadan ona qonaqlıq keçirtdi. Hamı dedi ki, uşağın qırxı çıxmamış etmə. Qayıtdı ki, birdən çatmaram. Hiss edirdi ölümünü. Hacıbaba Bağırovun yasında hamıya deyirdi ki, mənim yasımda da bu turşudan, aşdan yeyərsiniz. Hamıya tapşırırdı ki, məndə də bundan edərsiniz.

Elə bil hazırlaşırdı. Ona Prezident tərəfindən ev verilmişdi, onu təmir etdirirdi. Deyirdi, mənim də öz otağım, mətbəxim olacaq. Tələsirdi ki, həmin evdə yaşasın, amma ona qismət olmadı”.

admin

Related Posts