Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Musiqi kollecinin tələbələri rəsm əsərlərini sərgiləyirlər

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Musiqi Kollecinin rəngkarlıq ixtisası üzrə təhsil alan tələbələrinin rəsm sərgisi açılıb.

Bu münasibətlə keçirilən tədbirdə sənətşünas Nizami Alıyev, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin dekanı, Əməkdar rəssam Cavid İsmayılov, Naxçıvan Musiqi Kollecinin direktoru, Əməkdar müəllim Məhəbbət Babayeva və digər çıxış edənlər sərginin əhəmiyyətindən danışıb, təşkil olunan sərgilərin gənclərin istedad və bacarıqlarının inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıblar.

Sonra həzin musiqinin müşayiəti altında sərgiyə baxış olub.

Sərgidə tələbələrin fərqli janr və üslublarda işlədiyi 40-a yaxın rəsm əsəri nümayiş olunur. Təsviri incəsənətin əksər janrlarına üstünlük verən tələbələrin portret, qrafika, mənzərə janrında olan əsərləri xüsusilə seçilir. Şəhidlərimizə, doğma yurdumuza, tarixi abidələrimizə həsr olunan əsərlər tələbələrin vətənpərvərlik duyğularının rənglərlə ifadəsi kimi diqqəti cəlb edir.

Maraqlı sərgi dekabrın 21-dək sənətsevərlərin ixtiyarında olacaq.

admin

Related Posts