Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Noyabr ayında Dövlət Miqrasiya Xidmətinə 674 müraciət daxil olub

Ötən ay Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 674 müraciət daxil olub ki, onlardan 375-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Noyabr ayında olduğu yer üzrə qeydiyyatla bağlı 299 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 138-i elektron poçt üzərindən qəbul edilib. Həmçinin muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 50 əcnəbi barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun maarifləndirmə tədbirləri də aparılıb.

admin

Related Posts